Hazırlığı Avstriyada davam etdirən "Neftçi" sabah ilk yoxlama matçını keçirəcək.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, rəqib Rusiya Premyer Liqasında çıxış edən FK "Krasnodar" klubu olacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, əvvəldən "Neftçi"nin FC "Starnberq" klubu ilə oyunu planlaşdırılsa da, Azərbaycan çempionu Almaniya təmsilçisindən daha güclü olan FK "Krasnodar"la oynamağa üstünlük verib.