Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Neftçi” Avstriya toplanışı çərçivəsində növbəti yoxlama matçına çıxıb.
Korner.az-ın məlumatına görə, “ağ-qaralar”ın rəqibi Almaniyanın III divizionunda mübarizə aparan “Vaker Burkhauzen” klubu olub.
Bakı vaxtı ilə saat 21:00-da start fiti çalınan qarşılaşma təmsilçimizin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 3:0.
Xatırladaq ki, “Neftçi” ilk yoxlama oyununu Rusiyanın “Volqa” klubuna qarşı keçirib və 0:1 hesabı ilə uduzub.
Yoxlama oyunu
21:00. “Neftçi” – “Vaker” – 3:0
Qollar: C.İmaverdiyev,22, B.Nasimov, 52, N.Qurbaov, 60
