“Rubin”lə oyun öncəsi son məşqinə çıxan “Neftçi” problemlə üzləşib.
Korner.az-ın Kazana ezam olunmuş əməkdaşının məlumatına görə, təmsilçimçiz məşq üçün meydana çıxdıqdan 10 dəqiqə sonra stadionun işıqlarının yarısı söndürülüb.
“Flaqman”ın vitse-prezidenti Tahir Süleymanov bununla bağlı UEFA-nın arenadakı nümayəndəsinə iradlarını bildirib. UEFA nümayəndəsi stadionın projektorlarında təmir aparıldığını və problemin bundan qaynaqlandığını, ancaq bu faktı arayış kimi UEFA-ya təqdim edəcəyini bildirib.
Məsələylə bağlı əlavə məlumat veriləcək.
…………………….
Problem bütün cəhdlərə baxmayaraq, həll edilməyib və "Neftçi" məşqini alaqaranlıqda başa vurub.
Qeyd edək ki, təmsilçimiz meydançaya çıxdıqdan az sonra stadiondakı 6 projektordan 4-ü təmir adıyla söndürülmüşdü.
