“Neftçi” ailəsi “Biz birlikdə güclüyük” çağırışına qoşuldu – FOTO
23.04.2020 , 16:23

Koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar dövlət tərəfindən başladılmış “Biz birlikdə güclüyük” çağırışına “Neftçi” ailəsi də qoşulub.
Korner.az xəbər verir ki, bu gün paytaxt klubunun əməkdaşları və komanda üzvləri Bakı şəhərində yerləşən “Qadın və uşaq sığınma evi”nə baş çəkiblər.
Həmçinin futbolçularla “Forza Neftçi” fan-qrupunun üzvləri tərəfindən aztəminatlı ailələrə ərzaq yardımı edilib.
