“Neftçi” AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə müraciət edəcək.
Korner.az-ın məlumatına görə, paytaxt klubu İntizam Komitəsinin “Xəzər Lənkəran” matçı ilə bağlı çıxardığı bəzi qərarlarla razılaşmır və bununlara yenidən baxılmasını istəyəcək.
Qeyd edək ki, İntizam Komitəsi “Neftçi”dən Tərlan Quliyevi 3 (200 manat), Mahir Şükürovu 3 (2000 manat), Karlos Kardoson və Bruno Bertuççi 4 (hər ikisi 4000 manat), Tahir Süleymanovu isə 10 (20000 manat) oyunluq cəzalandırıb.
