"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev və məşqçilər korpusunun təqdimatına əsasən müqavilə müddəti bitəcək futbolçular Denis Silva Cruz, Alessandro Viana da Silva, Slavço Georgiyevski, Rəşad Abdullayev, Fərid Quliyev və Cavid Hüseynovla müqavilə müddətinin uzadılmamasına qərar verilib.
Korner.az-ın məlumatına görə, bu haqda klubun rəsmi saytı məlumat yayıb.
"Neftçi" adları çəkilən futbolçulara təşəkkürünü bildirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
