Son ölkə çempionu "Neftçi" qış fasiləsində 4 futbolçu ilə güclənəcək.
Korner.az-ın məlumatına görə, Böyükağa Hacıyevin rəhbərlik etdiyi komandaya qoşulacaq həmin futbolçular haqda məlumat verilməsə də, yeni transferlərin klub prezidenti Sadıq Sadıqov və baş məşqçi arasında müzakirə olunub.
Kimliyi açıqlanmayan həmin 4 futbolçu komandaya Antalyadakı toplanışda qoşulacağı bildirilir.
