“Neftçi” 3 yoxlama oyunu keçirəcək
22.12.2021 , 18:25

“Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
Korner.az xəbər verir ki, hazırlığın ilk mərhələsi yanvarın 5-dən 9-dək Bakıda keçiriləcək və fiziki hazırlığa həsr olunacaq. Bu barədə klubun saytı məlumat yayıb.
Əsasən taktiki çalışmalardan ibarət təlim-məşq toplanışının ikinci mərhələsi isə yanvarın 10-dan 25-dək Türkiyədə olacaq. Antalya şəhərinin Manavqat bölgəsindəki oteldə məskunlaşacaq “ağ-qaralar” sözügedən ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Paytaxt təmsilçisi yanvarın 14-də Macarıstanın “Kişvarda”, 19-da Polşanın “Visla” (Plotsk) klubu ilə qarşılaşacaq.
Yanvarın 24-dəki rəqib isə hələlik dəqiqləşməyib.
