“Neftçi” 3 qolla qalib gəldi
16.02.2021 , 17:34

I Divizionda XIII tura start verilib.
Korner.az xəbər verir ki, açılış oyununda “Neftçi-2” “Keşlə-2″nin qonağı olub. Matç “ağ-qaralar”ın böyük hesablı qələbəsi ilə başa çatıb.
I Divizion
XIII tur
“Keşlə-2” – “Neftçi-2” – 0:3
Qollar: Asim Əlizadə, 14 (pen.), Fərid Nadirov, 25 (öz qapısına), Elton Əlibəyli, 45+3
Qırmızı vərəqələr: Turan Vəlizadə, 71 Orxan Fərəcov, 89 – Nihad Qurbanlı, 75
