“Neftçi” 3 futbolçu ilə yollarını ayırdı
15.05.2019 , 19:39

“Neftçi” klubu 3 futbolçusu ilə müqavilə müddətini uzatmayıb.
Klubun rəsmi saytına istinadən verilən xəbərə görə, bunlar Məhəmməd Mirzəbəyov, Qoran Paratski və Petru Rakudur. Klub adı çəkilən futbolçulara xidmətlərinə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, sonuncu mövsümdə Mirzəbəyov 13, Paratski 26 (2 qol), Raku isə 2 oyunda meydana çıxıb.
