AFFA-nın İntizam Komitəsinin Azərbaycan kubokunun final oyunu ilə bağlı çıxardığı qərarlardan sonra “Neftçi” rəhbərliyi də cəzalananlarla bağlı sərt addım atıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bakılılar Təhlükəsizlik Xidmətinin strukturunun yenidən formalaşdırılması ilə bağlı qərar qəbul edib.
Belə ki, vəzifə təlimatlarının yerinə yetirilməsində yol verdiyi nöqsanlara görə mühafizəçilər – Şəhriyar Ağayev, MirRamin Seyidov və Elnur Əsgərov işdən azad olunublar.
Qeyd edək ki, bu “üçlük” “Xəzər Lənkəran”la mayın 28-dəki matçdan sonra dava-dalaşda iştirak etdiyi üçün hər biri 12 oyunluq cəzalanıb, klubu ümumilikdə 18 000 manat ziyana salmışdı.