Ölkə futbolu

“Neftçi” 20 Yanvar şəhidlərini yad etdi

20.01.2022 , 15:53

“Neftçi”nin Türkiyənın Antalya şəhərindəki təlim-məşq toplanışı davam edir.

Korner.az xəbər verir ki, komandanın üzvləri toplanışın 10-cu günündə səhər məşqinə çıxıblar.

“Emirhan Sports Complex Side”da baş tutan hazırlıq prosesindən əvvəl Qanlı Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşan flaqman qardaş ölkədə iki yoxlama oyunu keçirib. “Ağ-qaralar” yanvarın 14-də Macarıstanın “Kişvarda” (2:2), 19-da isə Polşanın “Visla Plosk” (1:1) klubları ilə qarşılaşıb. Yanvarın 24-də keçirilməsi nəzərdə tutulan üçüncü oyundakı rəqib hələlik dəqiqləşməyib.

Son yazılar

Yuxarı