Premyer Liqanın XII turunda “Qəbələ”yə 1:2 hesabı ilə uduzan “Neftçi” ölkə çempionatları tarixində 100-cü dəfə meydanı xalsız tərk edib. Korner.az PFL-ə istinadən xəbər verir ki, bakılılar 1992-ci ildən iştirakçısı olduğu çempionatlarda 566-cı matçında yubiley yenilgisini alıb.
Paytaxt təmsilçisi daha çox 1993/94 mövsümündə uduzub. Düzdür, həmin vaxt komandaya 8 texniki məğlubiyyət verilib. Ümumiyyətlə 100 məğlubiyyətdən 9-u texniki nəticədir. 2003/04 mövsümü isə ən az – cəmi 1 məğlubiyyətlə yadda qalıb.
