Ölkə futbolu

“Neftçi-2” qələbə ilə başladı

17.01.2022 , 12:13

“Neftçi-2” qış təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib.

Korner.az xəbər verir ki, komanda Region Liqasında mübarizə aparan “Füzuli” klubu ilə qarşılaşıb. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda “ağ-qaralar” 4:1 hesablı qələbə qazanıb. Komandanın heyətində Asim Əlizadə dubla imza atıb. Digər qolları Samir Qurbanov və Ağadadaş Salyanski vurublar.

Yanvarın 12-dən etibarən klubun inzibati binasının yerləşdiyi bazada toplanışda olan “Neftçi-2” ayın 22-dək bu məkanda, daha sonra isə “Türk Hava Yolları Futbol Mərkəzi”ndə hazırlığı davam etdirəcək.

Baş məşqçi Mahmud Qurbanovun rəhbərlik etdiyi komanda daha 3 sınaq matçı keçirməyi planlaşdırır. Yanvarın 21-də “Turan Tovuz”, 26-da “Qarabağ-2”, fevralın 2-də isə U-18 milli komandası ilə yoxlama görüşü nəzərdə tutulub.

Son yazılar

Yuxarı