“Neftçi-2” hazırlığını Türkiyədə davam etdirəcək
13.08.2021 , 17:25

“Neftçi-2” yeni mövsümə hazırlığını davam etdirir.
Korner.az xəbər verir ki, avquatun 2-dən etibarən “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq edən I Divizionun son çempionu hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. “Ağ-qaralar” “Türk Hava Yolları Futbol Mərkəzi”ndə “Sabah-2” ilə heç-heçə edib – 0:0.
“Neftçi-2” hazırlığın ikinci mərhələsini Türkiyədə keçəcək. Afyonkarahisar şəhərində təşkil olunacaq təlim-məşq toplanışında komandanın 3 sınaq matçı keçirməsi planlaşdırılır. “Ağ-qaralar”ın avqustun 22-də “İsparta”, 25-də “Halspor”, 29-da isə “Berqama Belediyespor” klubları ilə qarşılaşması nəzərdə tutulub. Hər üç klub Türkiyə çempionatının aşağı liqa təmsilçisidi.
