“Neftçi” ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, baş məşqçi Arif Əsədov Erik Ramosun xidmətindən məhrum olub.
Belə ki, paraqvaylı futbolçu cəzalı duruma düşüb. “Bakı” ilə oyunun 60-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Ramos vərəqə limitini doldurub. Bu səbəbdən o, XI turda AZAL-a qarşı oynamayacaq.
