Bu gün I divizionda 9-cu tura yekun vurulub.
Korner.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "Ağsu" səfərdə "Bakılı"ya 3:2, "Lokomotiv" isə evdə "Şəmkir"ə 4:1 hesabı ilə qalib gəlib.
Bu nəticələrdən sonra "Ağsu" turnir cədvəlində 19 xalla 3-cü pilləyə yüksəlib. Komanda lider "Neftçala"dan 4, ikinci yerdə gedən "Qaradağ Lökbatan"dan isə 1 xal geri qalır.
