Birinci Divizionda 2014-2015 mövsümünü lider qapayan və çempion olan "Neftçala"nın Premyer Liqaya lisenziya məsələsinə görə buraxılmayacağıq bildirilmişdi.
Korner.az-ın məlumatına görə, hətta AFFA bununla bağlı rəsmi məlumat yayaraq "Neftçala"nın bu şərtlərlə Premyer Liqada iştirak edə bilməyəcəyini qeyd etmişdi. Lakin az öncə klubun rəsmi səhifəsində yayılan xəbərdə lisenziya ilə bağlı yaranmış problemin həll olunduğu bildirilib.
Xəbərdə bildirilir ki, AFFA çərşənbə günü "Neftçala"nın lisenziya problemini həll etdiyini və Premyer Liqada iştirak edə biləcəyini rəsmən açıqlayacaq.
