Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçala” dördüncü yoxlama matçını keçirib.
Korner.az-ın məlumatına görə, I divizion təmsilçisi Gürcüstanın “Zuqdidi” komandası ilə üz- üzə gəlib. Qarşılaşma Azərbaycan klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, “Neftçala” bundan əvvəlki yoxlama oyunlarında Almaniyanın “Viktoriya” klubuna 2:1, Türkiyənin “Manavqatspor” komandasına 5:0 hesabıyla qalib gəlib, Polşa “Yaqelloniya”sına 2:4 hesabıyla uduzub.
