Azərbaycan birinci divizionunda “Neftçala” sona 4 tur qalmış çempionluğu təmin edib.
Korner.Az-ın məlumatına görə, bu, 26-cı turda “Rəvan”ın “Zirə”yə 0:2 hesabı ilə uduzduğu matçdan sonra baş verib.
Bununla da ehtiyatında 69 xal olan Kamal Quliyevin komandası ən yaxın izləyicisi “Rəvan”ı 11 xal qabaqlayır.
Növbəti turlarda “Neftçala” oyunlardan birini artıq fəaliyyətini dayandırmış “Lokomotiv”ə qarşı keçirəcək. Həmin matçda əyalət klubu texniki qələbə ilə 3 xal qazanacaq. Bu bu da çempionluq üçün yetərli olacaq.
