Azərbaycan Birinci divizionunun 14-cü turu çərçivəsində "Neftçala" və "Araz Naxçıvan" oyununun vaxtı və yeri dəyişdirilib.
Korner.az-ın məlumatına görə, matç bazar günü saat 18:00-da "Bayıl Arena"da keçiriləcək.
Qarşılaşmanın keçirilmə yerinin və vaxtının dəyişdirilməsinə səbəb Neftçala şəhərinindəki hava şəraitinin stadionun vəziyyətinin əlverişsiz hala salması olub. Bu haqqda məlumatı saytımıza PFL-in MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR DEPARTAMENTİ-nin rəhbəri Aslan Şahgəldiyev verib. Onun sözlərinə görə, meydanın dəyişməsini "Neftçala" rəhbərliyi PFL-dən yazılı şəkildə xaiş edib:
"Neftçala" rəhbərliyindən bizə məktub göndərildi ki, əlverişsiz hava şəraiti stadionu yararsız hala salıb.Xaiş edirik oyunu başqa vaxtda və stadionda keçirməyə icazə verəsiniz. Bizdə bu səbəbdən oyunu paytaxtda, "Bayıl Arena"da keçirilməyinə icazə verdik".
Qeyd edək ki, 14-cü turun digər oyunu "Qaradağ Lökbatan" – "Şəmkir" matçı eyni səbəbdən Lökbatan Qəsəbə stadionunda yox, Binə Qəsəbə stadionunda keçiriləcək.
