Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Xəzər Lənkəran"ın Avstriyanın Tirol vilayətində təlim-məşq toplantısı davam edir. Korner.az-ın məlumatına görə, Cənub təmsilçisinin növbəti yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib. Belə ki, Yunis Hüseynovun yetirmələri Rumıniyanın "Vaslui" və Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klubları ilə qarşılaşacaq.
Matçlar müvafiq olaraq 24 və 28 iyunda baş tutacaq.
Xatırladaq ki, vaxtilə"Vaslui" İntertoto kubokunda "Neftçi"ni mübarizədən kənarlaşdırmışdı.
