NBA

NBA: “Oklahoma Siti Tander”in yeni transferi – Oladipo və Sabonisin əvəzinə Pol Corc

01.07.2017 , 07:30

“Oklahoma Siti Tander” heyətinə yeni basketbolçu qatıb.

Korner.az-ın məlumatına görə, onlar “İndiana Peysers”dən Pol Corcu transfer edib.

İstedadlı basketbolçunun əvəzinə Viktor Oladipo və Sabonis “İndiana”ya yollanıb.

Pol Corc karyerası ərzində 4 dəfə NBA All Star-a seçilib. 2016-cı ildə ABŞ millisi heyətində Olimpiya çempionu olub. Bu mövsüm 75 oyuna çıxıb və ortalama 23.7 xal, 6.6 ribaundla oynayıb.

Son yazılar

Yuxarı