NBA komissioneri Adam Silver maraqlı açıqlamaları ilə gündəmə gəlib. O, NBA oyunçularına narkotik maddə olan marixuananın istifadə olunmasına icazə verilə biləcəyini deyib.
Onun sözlərinə görə, marixuana tibbi cəhətdən çox faydalı elementdi və basketbolçuların ağrılarının kəsilməsinə yarımçı ola bilər:
“Mən elmlə çox maraqlanıram və bilirəm ki, tibbi marixuananın faydaları sonsuzdu. Bu maddə idmançıların ağrılarını kəsə bilir. Düşünürəm ki, hər hansı ağrının sağalması üçün marixuananı da digər dərman preparatları kimi istifadə etmək olar”, – deyə açıqlama verən Silverin yaxın günlərdə daha səlahiyyətli şəxslərlə müzakirə aparacağı bildirilir.
Xatırladaq ki, bi neçə NBA ulduzu marixuanaya görə həbs olunma təhlükəsi ilə qarşılaşıb və hətta bəzilərinə uzunmüüddətli diskalifikasiya verilib.
