"Klivlend Kavalyers"in forvardı Lebron Ceyms üçün pley-off mərhələsinin ilk oyunu əlamətdar olub.
Korner.az-ın məlumatına görə, "İndiana Peysers" üzərində qazanılan qələbə (109-108) Lebronun karyerasında pley-offun ilk oyularında ardıcıl 12-ci qalibiyyəti olub.
Beləliklə, 1994-2005 illərdə Şakil O`Nillin "Orlando", "Los-Anceles Leykers" və "Mayami Hit"in heyətində qırdığı rekord təkrarlanıb.
Lebron bu nəticəyə "Klivlend Kavalyers" və "Mayami Hit"in heyətində oynadığı oyunlarda nail olub.
