NBA Şərq konferensiyasında final matçının ikinci seriya qarşılaşması keçirilib.
Korner.az-ın məlumatına görə, “Klivlend” səfərdə “Boston”u darmadağın edib – 130:86
Bu qələbə ilə “Kavalyers” pley-offda ardıcıl 13-cü qələbəsini qazandı. Beləliklə, Tayron Lyunun yetirmələri “Leykers”in rekordunu təkrarladı. “Klivlend” üçüncü matçda da “Boston”u məğlub etsə, yeni NBA rekorduna imza atacaq.
