NBA Şərq konferensiyasının final matçının ikinci seriya matçı keçirilib.
Korner.az-ın məlumatına görə, "Klivlend" "Ti-Di Qarden"də "Boston"un qonağı olub.
Matç qonaqların 130:86 hesablı darmadağını ilə başa çatıb. Bununla da "Klivlend" final seriyasında 2:0 hesablı üstünlüyünü təmin edib.
Oyunun ən məhsuldar basketbolçusu Lebron Ceyms olub – 30 xal. "Boston"da isə Ceylen Braun 19 xal yığıb. Kevin Lav isə 21 xal və 12 ribaundla dabl-dabl edib
