“Qolden Steyt Uorriorz”un forvardı Andre İqudala komandadan ayrıla bilər.
Korner.az-ın məlumatına görə, bu barədə ESPN nəşri məlumat verib.
Oyunçu hazırda azad agent statusu daşıyır. “Qolden Steyt” isə İqudalanın əvəzinə “Sakramento” komandasının basketbolçusu Rudi Qeyi transfer etməyi düşünür. Qey komandası ilə müqavilə uzatmaqdan vaz keçib və 1 iyul tarixindən etibarən azad agentdi.
