Los-Ancelesin “Klippers” komandasının sahibi Stiv Balmer maraqlı qərar qəbul edib. Bu barədə ESPN nəşri yazır.
Belə ki, bu günə qədər komandanın həm məşqçisi, həm də prezidenti olan Dok Rivers artıq sadəcə məşqçi statusunu daşıyır. Onun öhtəliyində heyəti müəyyən etmək və komandanı idarə etmək vəzifəsi qalır. Lakin “Klippers”in basketbol əməliyyatlarına bundan sonra baş menecer statusu daşıyan Lourens Frenk nəzarət edəcək.
Hər iki iş adamı klubun rəhbəri Stiv Balmerə tabe olacaq.
