“Los Anceles Klippers”in oyunçusu Bleyk Qriffin komandası ilə razılığa gəlib.
Korner.az-ın məlumatına görə, bu barədə ESPN nəşri yazər.
Mənbənin iddiasına görə, Qriffin ötən cümə günü komanda rəhbərliyi ilə görüşüb və müqavilə müdətinin uzadılması barədə razılıq əldə olunub. Razılaşmanın ümumi məbləği 173 milyon dollar təşkil edir.
Qriffin 2010-cu ildə NBA Draftında birinci mərhələnin birinci sırasında “Los Anceles” komandasına keçib. 5 dəfə All Star komandasına daxil edilib və karyerasının ilk ilində NBA-nın ən yaxşı gənc oyunçusu seçilib.
