"Oklahoma-Siti"nin baş məşqçisi Billi Donovan "Hyuston"la oyunlarda ardıcıl ikinci məğlubiyyətdən sonra komandasının lideri Rasl Uestbruka tam güvəndiyini deyib.
Korner.az-ın məlumatına görə, bu barədə ESPN.com nəşri yazıb.
O, istedadlı basketbolçu haqda bunları deyib:
"Gəlin düzünü danışaq. Oyunda açıq fərq Uestbruk meydanda olmayanda yarandı. Rasl ilə 82 matç keçirdikdən sonra onu inanılmaz dərəcədə güvənim yarandı. O topu götürəndə özündə tam güvən yaradır".
