Nazir Qazaxda idmançılarla görüşdü
04.03.2022 , 14:33

Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov Qazax rayonunda gənc atletlərlə görüşüb.
Korner.az xəbər verir ki, görüşdə müxtəlif kəndlərdən olan idmançıların məşq prosesi izlənilib, məşqçilərlə müxtəlif yaş qrupları üzrə yarışlara hazırlıq səviyyəsini müzakirə olunub.
Ağırlıqqaldıranların məşq etdiyi zalların vəziyyəti, idmançıların hazırlıq səviyyələrinin artırılması üçün görüləcək işlər, bu idman növünün mövcud potensialı və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.
