Gündəm

Nazir erməniyə qalib gələn idmançı ilə görüşdü

24.12.2021 , 10:42

Dekabrın 23-də gənclər və idman naziri Fərid Qayıbov bu yaxınlarda Türkiyənin İstanbul şəhərində keçirilmiş, MMA döyüşü üzrə Yusif Fight Championship turnirində uğurla çıxış etmiş Gözəl Zutovanı və məşqçisi Yusif Əliyevi qəbul edib.

İdmançını növbəti qələbəsi münasibətilə təbrik edən nazir ona qarşıdakı yarışlarda da uğurlar arzulayıb.

Gözəl Zutova həmin turnirdə erməni idmançı Nara Marqarosyana qalib gəlmişdi.

Son yazılar

Yuxarı