Nazir Belqrada səfər etdi
21.09.2023 , 18:14
Gənclər və idman naziri Fərid Qayıbov Serbiyanın paytaxtı Belqrada səfər edib.
Korner.az xəbər verir ki, səfər çərçivəsində nazir serbiyalı həmkarı Zoran Qayiçlə, Beynəlxalq Güləş Federasiyasının prezidenti Nenad Laloviçlə və Serbiya Gimnastika Federasiyasının rəhbərliyi ilə görüşlər keçirib.
Fərid Qayıbov həmçinin Belqradda davam edən güləş üzrə dünya çempionatında Azərbaycan güləşçilərinin görüşlərini izləyib və 97 kq çəki dərəcəsində idmançımız Maqomedxan Maqomedova gümüş medalı təqdim edib.