Bakıda keçirilən I Avropa Oyunlarının iyunun 12-də baş tutmuş açılış mərasiminə təxminən 100 milyon manat xərclənib.
Korner.az-ın məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında bildirib.
Nazir Oyunların sonunda sərf olunan vəsaitlə bağlı daha dəqiq məlumatın veriləcəyini açıqlayıb.
