big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Nazim Süleymanov üsyan etdi: “Mən o qayğını, dəstəyi görmürəm və yaradılan şəraitdən də çox narazıyam”

01.07.2013 , 11:10

Milli komandamızın məşqçisi Nazim Süleymanovun müsahibəsi

– Hərbçilərdən ibarət yığma komandanın baş məşqçisi təyin olunmusunuz. Bu təşəbbüs kim tərəfindən irəli sürüldü?
– Hərbçilər arasında dünya çempionatı ilk dəfədir keçirilir. Birincisi ölkəmizdə olacaq. Bu təklifi mənə AFFA rəhbərliyi etdi. Məndən hərbçilərin yığmasında işləməklə bağlımı fikrimi soruşdular. Dedim ki, əgər xahiş edirsinizsə, niyə də istəməyim. Çünki mənim AFFA ilə müqaviləm var. AFFA bu qərara gəlibsə, çalışaram. Əgər burda şərait yaradılsa, daha yaxşı olar. Mənə deyildi ki, hər cür şərait yaradılacaq. Dünya çempionatının Azərbaycanda keçirilməsi bizim üçün şərəfdir. 15 komanda ölkəmizə gələcək, biz burda Azərbaycanın adını təmsil edəcəyik. Bu, böyük məsuliyyətdir. Ancaq deyərdim ki, mən o qayğını, dəstəyi görmürəm və yaradılan şəraitdən də çox narazıyam.

– Bu qayğını AFFA, yoxsa Müdafiə Nazirliyi göstərməli idi?
– Müdafiə Nazirliyi. Mənə elə gəlir ki, artıq AFFA rəhbərliyi istəyir ki, bu məsələləri öz üzərinə götürsün. Ancaq hazırda bütün məsələlərə nazirlik baxır.

– Yəqin ki, şərait dedikdə məşq etməyə lazımi meydançaların ayrılmadığını nəzərdə tutursunuz…
– Yox. Təlim-məşq toplanışına iyunun 15-dən başlamışıq. Əvvəl “Neftçi”nin köhnə bazasında qalırdıq. Səhər məşqimiz dəniz qırağındadır. 1 saat ora getmək, 1 saat da qayıtmaq 2 saat vaxtımızı alır. Axşam məşqimiz də “Dalğa Arena”dadır. Yenə həmin minvalla 2 saat itiririk. Halbuki, bu istidə günə 4 saat itirincə, biz həmin müddətdə oteldə istirahət edə bilərik. Daha sonra avtobusumuz kiçik MAZ avtobusudur. Sürücüsü də əsgərdir. Deyəsən, hərbi xidmətə yeni gəlib. 25 futbolçu və 6 məşqçi heyətimiz var. Ona görə də avtobusa yerləşmirik. Futbolçuların hamısı evindən gəlir. Bugündən (müsahibə dünən götürülüb – S.T.) Təlim-Tədris Mərkəzində yığışacağıq. Ordakı otaqlara da gedib baxmışam. 4-5 nəfərin bir yerdə qaldığı otaqlardır, kondisionerləri də yoxdur. Məsələn, hamamı ümumidir, şəraiti bir o qədər də ürək açan deyil. Amma bildiyimə görə, Oman və Bəhreyn komandaları burda 5 ulduzlu otellərdə qalır.

– Komandanızda heç əsl hərbçi-futbolçu varmı?
– Əlbəttə, var. Aqil, Elvin, Novruz Məmmədovlar – hamısı hərbçi deyil bəyəm? Elşad Manafov, Rəhman Hacıyev, Azad Kərimov, Emin Mustafayev – bunların hamısı əsgərdir də, hərbi xidmətə çağırılırlar. Bizə “Simurq”dan problem yaratdılar. 3 oyunçunu – Rəşad Eyyubov, İlkin Qırtımov və Tural Axundovu buraxmadılar. Bilmədim ki, onlar Avroliqaya hazırlaşırlar, ya yox?

– Onlar yəqin Türkiyəyə hazırlığa getdikləri üçün oyunçularını buraxmayıb…
– Yəqin ki, dünya çempionatında iştirak edəcək milli komandaya da kömək etmək lazımdır. Siz özünüz belə edərdiniz? Yox. “Simurq” Avroliqada oynamır ki. Biz bu mövsüm avrokuboklarda oynayacaq komandalarımızdan futbolçu çağırmadıq. Çünki onların hazırlığına mane olmaq istəmədik. Əksinə, biz bu 4 komandaya dəstək olmalıyıq ki, onlar ölkəmizi layiqincə təmsil edib reytinq xalı toplasın. Ancaq hardasa çıxış etməyəcək o biri klubların milli komandaya yanaşmasını başa düşmədim.

– Qrupumuzun oyunları haqda xəbər verməyinizi istərdik.
– İyulun 2-də Mali ilə “Dalğa Arena”da saat 21:00-da oynayacağıq. Ayın 5-də Bayılda Kanada ilə görüşürük. İyulun 8-də isə “Dalğa Arena”da İraqla qarşılaşacağıq.

– Bu komandalar artıq bura gəlibmi?
– Hələ yox. Ancaq onların diskinə baxmışam. İraqın İranla oyununu izləmişəm. Deyərdim ki, səviyyəli komandalardır. Bakıda yaxınlarda Bəhreyn və Omanla yoldaşlıq görüşləri keçirmişik. Bəhreynlə qolsuz heç-heçə etdik, Omana isə 0:1 uduzduq. Omanlılara yenilməyimizə baxmayaraq, hələ onların 3-4 əsas oyunçusu meydana çıxmamışdı.

– Yəni bu dərəcədə güclüdürlər…
– Bəli, bəli. Bu komandalar neçə aylar, illərdir ki, buna hazırlaşırlarmış. Artıq turnirə 10-15 gün qalmış Bəhreynlə Oman bura gəlib.

– Ruslan Qurbanovu da milliyə çağırmaq istəyirdiniz, onda nə problem yarandı?
– Mən “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanova onlara məxsus olan Ruslan Qurbanovu yığmada görmək istədiyimi demişdim. Ancaq deyəsən, futbolçuya bu xəbər çatdırılmamışdı. Yalnız dünəndən Ruslan məşqlərimizə qatılıb. Deyir, mənə “Neftçi”dən heç kim bu haqda heç nə bildirməmişdi. Ona klubdan xəbər verilməliydi.

apasport.az

Son yazılar

To Top