Nazim Süleymanov Rusiyaya çağırıldı
25.07.2019 , 15:08

“Alaniya”nın heyətində Rusiya çempionu olmuş Nazim Süleymanov “Matç TV”-nin dəvəti əsasında Moskvaya yollanıb.
Korner.az-ın məlumatına görə, Süleymanov “Matç TV”-nin eksperti qismində “Arsenal” – “Neftçi” oyununu şərh edəcək.
Xatırladaq ki, “Arsenal” – “Neftçi” qarşılaşması bu axşam Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
