Nazim Süleymanov: “Qələbə həmişə yaxşıdır. Bir tərəf qalib gələndə, digəri məğlub olur. “Qarabağ”a məğlub olduqdan sonra mənə böyük təzyiqlər oldu. Amma rəhbərlik mənə dəstək oldu, buna görə minnətdaram. Futbol əzmkar mübarizədir, çox gözəl oyun oldu. Rəqib komanda da gözəl oyun nümayiş etdirdi. Hakimliklə bağlı hər hansı məqamları qeyd etmək istəmirik, lakin müəyyən məqamlar var. Bu gün qələbəyə layiq idik, bunu oyunumuzla sübut etdik. İqor Mitreski “Qarabağ”la oyunda buraxdığı səhvlərə görə bu gün əsas heyətdə yox idi”.
Korner.az-ın məlumatına görə, bu fikirləri “Qəbələ” ilə matçdan sonra “Neftçi”nin baş məşqçisi Nazim Süleymanov deyib.
Oyun paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
