19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Nazim Süleymanov AFFA-nın inzibati binasında bir sıra görüşlər keçirib.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmanın çalışdırıcısı “Qarabağ”, “Bakı”, “Sumqayıt”, “İnter” və AZAL klublarının əvəzedici komandasının baş məşqçiləri, müvafiq olaraq, Aftandil Hacıyev, Məqsəd Yaqubəliyev, Samir Abbasov, Rüstəm Əliyev və Elnur Zeynalovla görüşüb, bu komandalardan U-19-a dəvət olunmaq ehtimalı olan futbolçular barədə ətraflı fikir mübadiləsi aparıblar.
