Topaz Premyer Liqasının 15-ci turunda “Neftçi” səfərdə “Sumqayıt”la qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisi turnir cədvəlində vahid liderliyi ələ keçirib.
Korner.az-ın məlumatına görə, matçdan sonra komandaların məşqçiləri bu fikirləri səsləndirib:
Nazim Süleymanov: “Hava şəraiti pis olsa da, qələbə qazana bildik. Turnir cədvəlində layiqli yerimizi tutduq. Komandaya təşəkkür edirəm”.
Aqil Məmmədov: “Maraqlı oyun oldu. “Neftçi” həmişə çempionluğa oynayan komandadır. Biz də bu gün yaxşı oynadıq, komandadan razı qaldım. Fikrimcə, “Neftçi”nin qapısına 11 metrlik cərimə zərbəsi təyin olunmalı idi. Yan xətt hakimi də bayrağını qaldırdı, lakin baş hakim penalti vermədi”.
