Xəbər verdiyimiz kimi “Neftçi”nin baş məşqçisi Nazim Süleymanov istefa verib.
Korner.az istefanın səbəblərini öyrənmək üçün təcrübəli mütəxəssislə əlaqə saxlayıb. Saytımıza açıqlamasında o bu fikirləri səsləndirib:
“Futbolçular və məşqçi heyətiylə bağlı şərtlərimi qəbul etmədikləri üçün dünən istefa ərizəmi yazdım və bu gün də istefam qəbul olundu.”Neftçi” klubuna minnətdarlığımı bildirirəm və onlara uğurlar arzulayıram”.
