Premyer Liqanın XVI turunda “Neftçi” səfərdə “Qarabağ”a məğlub olub.
Korner.az-ın məlumatına görə, oyundan sonra “Neftçi”nin baş məşqçisi Nazim Süleymanov bu fikirləri səsləndirib:
“İlk iki qolua diqqətsizlikdən buraxdıq. Futbolçunun fikri meydanda olmalıdı. Oyunun nəticəsinə təsir edən səhvlər buraxmamalıdı. Penalti epizodu ile bağlı hakimin qərarına etibar etmək olar. Rəqibin ehtiyat qüvvəsi hem çoxdu, hem de keyfiyyətlidi”.
