Azərbaycanın keçmiş futbolçusu, uzun illər Rusiya millisində oynayan, hazırda isə Berti Foqtsun köməkçisi olan Nazim Süleymanov Rusiya-Azərbaycan matçı öncəsi öz təəssüratlarını bölüşüb.
"Azərbaycan millisinin hazırlığı yüksək olacaq, – Korner.az Süleymanovun sözlərindən sitat gətirir. Futbolçular bilir ki, ciddi-cəhdlə çalışmasalar və lazımi motivasiyada olmasalar, rəqibdən xal götürə biməyəcəklər. Həmçinin, fikrimcə, Rusiya komandası bizim qrupun lideridir. Buna görə də Portuqaliya ilə qələbə məni təəccübləndirmədi.
Bu gün Rusiya millisi tamamilə başqa futbol oynayacaq. Bizim vəzifəmiz diqqətli müdafiə olunmaq və qol anlarını dəyərləndirməkdir".