Topaz Premyer Liqasının XI turunda “Neftçi” “Simurq”un qonağı olub (0:0).
Korner.az-ın məlumatına görə, Süleymanov bu fikirləri səsələndirib:
“Neftçi” klubunun baş məşqçisi: “Komandamın oyunundan razı qalsam da, hesab məni qane etmədi. Belə hallar futbolda olur. Yetirmələrimə oyuna görə, mübarizə əzminə görə təşəkkür edirəm. Çoxlu qol imkanları yaratdıq, lakin istifadə edə bilmədik. Bu cür qol imkanlarına ciddi yanaşmaq lazımdır”.