Nazarovun komndasından heç-heçə
05.04.2021 , 18:25

Almaniya II Bundesliqasında XXVII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” səfərdə “Regensburq”la heç-heçə edib – 1:1.
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib.
27 turdan sonra 37 xala malik “Ersgebirge” 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.
