Nazarovun komandasından qələbə
22.01.2020 , 16:42

Almaniyanın “Ersgebirge” klubu yoxlama oyunu keçirib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi Aue təmsilçisi “Lokomotiv”lə qarşılaşıb. Görüş “Ersgebirge”nin qələbəsiylə başa çatıb – 3:1.
Nazarov sözügedən qarşılaşmada əsas heyətdə meydana çıxıb və ikinci hissədə əvəzlənib.
