Nazarovun komandasından məğlubiyyət
11.08.2022 , 10:35

Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” Almaniya III liqasında növbəti matçına çıxıb.
Korner.az xəbər verir ki, Aue təmsilçisi səfərdə “Manheym”lə qarşılaşıb. Görüş meydan sahiblərinin miminal hesablı qələbəsiylə başa çatıb – 1:0.
Nazarov bu matça start heyətdə başlayıb və 87-ci dəqiqədə əvəzlənib.
“Ersgebirge” 3 turdan sonra 2 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
