Almaniya 2-ci Bundesliqasında 27-ci turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, milli komandamızın futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” “Frayburq”un qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Nazarovun adı “18-li”ə salınsa da, meydana çıxmayıb.
Qeyd edək ki, “Karlsrue” 35 xalla 10-cu pillədə qərarlaşıb.
