Nazarovun komandası səfərdə uduzdu
26.10.2019 , 17:03

Almaniya II Bundesliqasında XI tura start verilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” səfərdə “Darmştadt”la qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
Start heyətdə meydana çıxan Nazarov 88-ci dəqiqədə əvəzlənib.
“Ersgebirge” 18 xalla 4-cü pillədə qərarlaşıb.
