Nazarovun komandası səfərdə uduzdu
30.01.2021 , 12:48

Almaniya II Bundesliqasında XIX turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” səfərdə “Qroyter”ə uduzub – 0:3.
Nazarov bu matçın iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Ersgebirge” 28 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.
